Zelenski Trampdan qış üçün 300 "Patriot" raketi istədi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan ölkənin enerji infrastrukturunu qorumaq məqsədilə qış mövsümü üçün 300 ədəd Patriot hava hücumundan müdafiə raketi istəyib.

Sherg.az xəbər verir ki, Zelenski bu barədə "Axios" portalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Tramp bu məsələdə kömək etməyə çalışacağını bildirsə də, İranla müharibə səbəbindən "Patriot" raketlərinə ehtiyacın yüksək olduğunu və bunun prosesi çətinləşdirdiyini qeyd edib.

Zelenski əlavə edib ki, Ukrayna ABŞ-nin müdafiə şirkətləri ilə birlikdə yerli istehsal olan ballistik raketlərin modernləşdirilərək raket əleyhinə tutucu sistemlərə çevrilməsi imkanlarını da nəzərdən keçirir.