
Ziddiyyətlər "3+3" formatının işləməsinə imkan vermədi - RƏY
09:17 18.10.2025
Gündəm
331
Rusiyanın bu istəyi daha çox Vaşinqtonda əldə olunan razılaşmaya mane olmaq cəhdidir
Rusiya "3+3" platformasını mütəmadi olaraq gündəmə gətirir. Ötən gün Moskva "3+3" regional məşvərət platformasının dördüncü nazirlər görüşünün 2025-ci ilin sonuna qədər keçirilməsini dəstəklədiyini açıqlayıb. Rusiyanın Ermənistanda səfiri Sergey Kopırkin deyib ki, hazırda Ermənistan və Azərbaycan arasında əlaqə saxlayırlar, çünki orada növbəlilik məsələsi var:
"Yəni həm Ermənistan, həm də Azərbaycan tərəfi belə bir iclasa ev sahibliyi etməyə hazırdır, onlar növbəlilik qaydasını razılaşdırmalıdır, biz də bu istiqamətdə hər cür köməklik edirik". Səfirin sözlərinə görə, bu platformanın Türkiyə və İran tərəfi ilə əlaqə saxlayan bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı formatdır və regional problemlərin həllində region dövlətlərinin özləri mühüm rol oynamalıdır: "Bu, bizim prinsipial mövqeyimizdir. Əlbəttə ki, üçüncü ölkələrin iştirakı dəyərli ola bilər, lakin bu iştirak reallıqların və regional oyunçuların maraqlarının başa düşülməsi üzərində qurulmalıdır".
Siyasi şərhçi Həsrət Rüstəmov Sherg.az-a deyib ki, "3+3" formatı bir neçə il bundan əvvəl irəli sürülmüşdü. Ekspert bildirib ki, ötən bu illər göstərdi ki, potensialı kifayət qədər olsa da, nəzərdə tutulan ölkələr arasındakı münasibətlər və ziddiyyətlər bu formatın işləməsinə imkan vermədi:

"Xüsusilə də Rusiyanın bu regiona keçmiş imperialist maraqlarını dəyişməməsi və İranın həm region, həm də dünyadakı yanlış mövqeləri bu ideyanı mənasız, ölü doğulan proyektə çevirdi. İndi Rusiyadan bu formatla bağlı fəallığın yaranması da, fikrimcə, bu sahədə irəliləyiş əldə etmək məqsədi güdmür. Bu, daha çox Donald Trampın vasitəçiliyi ilə Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda sülh istiqamətində bu yaxınlarda Vaşinqtonda əldə olunan razılaşmaya mane olmaq cəhdidir. Elə hesab edirəm ki, Azərbaycan bölgədəki vəziyyətin normallaşmasına və sülhə xidmət edən, artıq əldə olunmuş Vaşinqton razılaşmasını əsas götürərək siyasət yürütməli, regional əməkdaşlıq, iqtisadi əlaqələr baxımından isə ikitərəfli münasibətlərin inkişafına daha çox diqqət etməlidir. Rusiyanın və İranın iştirakı ilə ən azı yaxın gələcəkdə ciddi bir regional formatın real və işlək olacağına inanmaq bu ölkələrin qeyri-sağlam münasibəti baxımından qeyri-mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə