Sumqayıtda 33 yaşlı kişi dənizdə batıb

Bu gün Xəzər dənizinin Sumqayıt sahilində bir nəfər çimərkən boğulub.

APA-nın yerli bürosuna görə, axtarışlar nəticəsində həmin şəxsin cansız bədəni tapılaraq sudan çıxarılıb.

Batan şəxsin 1986-cı il təvəllüdlü Əmiraslanov Ruslan Duman oğlu olduğu müəyyən olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.