Günah həm də sürücülərdədir: Ailəsi ilə səhər tezdən yola çıxır, gecə 4-ə kimi televizora baxır
14:52 09.07.2019
Hadisə
875
Bakı-Ələt- Astara yolunda baş vermiş 8 nəfərin ölümü ilə nəticələnmiş dəhşətli qəza yay aylarında yol-nəqliyyat qəzalarının başvermə səbəblərinə diqqətli yanaşma tələb edir. Yol-nəqdiyyat qəzalarını araşdıran ekspertlər isti havalarda sürücülərin idarəetməni daha tez-tez itirdiyini, temperatur yüksəkliyinin sürücülərin cəld qərarvermə göstəricilərinin aşağı düşməsinə səbəb olduğunu bildirir. İsti havada magistral yolla hərəkət edən avtomobilin sürücüsünün havanın gətirdiyi yorğunluq və süstlük səbəbindən qarşısına çıxan maneəni dəf etmək üçün manevr imkanlarını zəiflədir. Hər bir sürücü isti yay günlərində yola çıxarkən yolun çətinliyini və ağırlığını nəzərə almalı və digər günlərə nisbətən daha da diqqətli olmağa çalışmalıdır.
«Sherg.az»a açıqlamasında Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı isti havaların yol-nəqliyyat hadisələrinin baş verməsinə təsirsiz ötüşmədiyini ded:
- Yol - nəqliyyat hadisələrinin artmasına hava şəraitinin müəyyən qədər təsiri var. Yaz-yay aylarında gün uzun olduğundan sürücülər çox gəlir əldə etmək üçün çox işləməyə can atır və bəzən fasiləsiz sükan arxasında əyləşirlər. Yorğunluq və yuxusuzluq sürücülərin bir nömrəli düşmənidir. Təsəvvür etmək belə insanı dəhşətə gətirir ki, adam səhər tezdən ailəsi ilə birgə yola çıxmağa hazırlaşır - hansısa bölgəyə, istirahət mərkəzinə, amma səhər 4-ə kimi televizor qarşısında əyləşib futbola baxır. Bu sürücü avtomobili normal idarə edə bilməz. Nə öz ailəsinin, nə də başqasının qədrini bilməyən belə məsuliyyətsiz sürücülərin ucbatından yol faciələri baş verir, ailələr bədbəxt olurlar. Dünyanın bir çox ölkələrində yol-nəqliyyat hadisəsi baş verdikdə hansısa digər səbəblərlə yanaşı sürücünün günlük həyat tərzi də araşdırılır. Sürücü axşam harada olub, kimlərlə birgə idi, içki qəbul etmişdimi, evdə söz-söhbət olmayıb ki. Gecə saat neçədə yatıb, qəzadan əvvəlki gün çoxmu işləyib, yoxsa istirahət edib… Bunlar hamısı qəzaların başvermə səbəblərinin təsnifatı üçün böyük əhəmiyyət daşıyır. Sürücü üçün əsas şərt iş və istirahət rejiminin düzgün qurulmasıdır. Günün 24 saatı fasiləsiz sükant arxasında əyləşmiş sürücüdən yol-hərəkət qaydalarına riayət edəcəyini gözləməyinə dəyməz. Həmçinin sürücünün kateqoriyası, idarə etdiyi avtomobil vasitəsini idarə etmək üçün ixtisaslaşıb-ixtisaslaşmadığı, yol-hərəkəti qaydalarını nə dərəcəd məniimsədiyi, avtomobil vasitəsinin texniki vəziyyəti əsas faktorlardır. Təəssüf ki, bizdə sərnişindaşıma qaydaları da kobud şəkildə pozulur. Hər yoldan ötən bir mikroavtobus alır, uzaq məsafələrə sərnişin daşımağa başlayır. Camaatımız da günah var. Bizim əhalidə avtovağzaldan avtovağzala ənənəsi hələ də formalaşmayıb. Avtovağzala getməyi əlavə vaxt itkisi hesab edib, qonşuluqdakı «Məhəmməd kişi»nin mikroavtobusunu kirayələməyi üstün tuturlar. Bunun bir səbəbi də qanuni sərnişindaşıma şirkətlərinin gediş qiymətlərini baha təyin etməsidir. Amma yenə də tanımadığın, sürücülük kateqoriyasına, içki düşkünü olub-olmadığını bilmədiyin birisinin mikroavtobusuna minməklə özümüzü real təhlükəyə atırıq.
E.Muradlı hesab edir ki, yol-nəqliyyat qəzaları baş verdikdə sürücünün kimliyi araşdırılmalı, sürücünün sərnişindaşıma hüququna malik olub-olmadığı öyrənilməli, hadisənin dəqiq təhlili aparılmalıdır:
- Bu məsələlərə ciddi nəzarət mexanizmi olarsa, yol-nəqliyyat qəzalarının artan statistikasının qarşısı alınar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömrü qısaldan 10 vərdiş: Bədəni öldürür
02:31 05.01.2025
Sağlamlıq
Tbilisidə növbəti etiraz aksiyası keçirilib
01:57 05.01.2025
Gündəm
Dünyanın ən yaşlı insanı vəfat etdi
01:40 05.01.2025
Cəmiyyət
Olaf Solz fevralın 23-dək Moskvaya səfər edə bilər
01:21 05.01.2025
Dünya
Efiopiyada zəlzələ olub
01:03 05.01.2025
Hadisə
Qətər Suriyaya bütün sahələrdə dəstəyini ifadə edib
00:43 05.01.2025
Dünya
“Mançester Siti” qələbə qazanıb, “Çelsi” və “Arsenal” xal itirib
00:17 05.01.2025
İdman
Maskdan Sorosun mükafatlandırılmasına reaksiya
23:56 04.01.2025
Dünya
Gürcüstanda yeni nazirlik yaradıldı – 13-cü oldu
23:05 04.01.2025
Dünya
SEPAH meydan oxudu: 110 minlik ordu hərəkətə keçir
22:29 04.01.2025
Dünya
Tramp seçkidən sonra 200 milyon dollardan çox ianə toplayıb
22:04 04.01.2025
Dünya
Rusiya ATACMS-ları vurub, xəbərdarlıq etdi
21:42 04.01.2025
Dünya
2025-ci ildə hansı filmləri izləyəcəyik?
21:17 04.01.2025
Cəmiyyət
Əgər Avropa siyasi iradə göstərsə, biz hazırıq - Bayraqdar
20:53 04.01.2025
Dünya
Bu qədər suriyalı ölkəsinə geri qayıtdı
20:02 04.01.2025
Dünya
Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb
19:14 04.01.2025
Sosial
QAİ Petrosyanın çıxışı ilə bağlı bəyanat yaydı
18:53 04.01.2025
Siyasət
Aktrisadan maraqlı açıqlama: “Hamı kökəldi”
18:31 04.01.2025
Şou
Xəzərdə batmış gəminin qalıqları tapıldı
18:09 04.01.2025
Dünya
Goranboyda silah-sursat aşkarlanıb
17:20 04.01.2025
Hadisə
Türkiyə və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
16:39 04.01.2025
Dünya