Gürcüstanda 3,7 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri və Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ ocağı Onidən 5 km cənub-şərqdə, Badjixevi kəndi yaxınlığında qeydə alınıb.
Dağıntı barədə məlumat yoxdur.