Kürdəmirdə zəncirvari yol qəzası olub 



Kürdəmir rayonunun H.Əliyev prospektində zəncirvari yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, yerli sakin Asim Azayev "Mercedes" markalı maşınla hərəkətdə olarkən qarşısında dönmə əməliyatı edən "VAZ-21 015"lə toqquşub.

Zərbənin gücündən rayon sakini Abdullayev Elşənin idarə etdiyi "VAZ-21 015" markalı avtomobil də yol kənarında dayanmış "Opel"ə dəyib. Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Fakt araşdırılır.