Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, meyit avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb. P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.