Asama bir ayda ikinci dəfə püskürdü


Yaponiyada Asama vulkanı yenidən püskürüb.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin Metereologiya xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin əsasını təşkil edən Xonsü adasında, Qumma və Naqano prefekturaları arasında yerləşən Asama vulkanı növbəti dəfə fəaliyyətə keçib.

Kraterdən çıxan tüstü və küllərin hündürlüyü 600 metrə çatır.

Bu, vulkanın son ayda ikinci dəfə püskürməsidir. Avqustun əvvəlində Asama 1800 metr hündürlükdə tüstü və kül ataraq fəaliyyətə keçmişdi.

Yerli hakimiyyət vulkanla bağlı həmin ərazidə ikinci dərəcəli təhlükə siqnalı verib.