Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO



Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi, 17 ünvanında baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Əzizova Rəhimə Zamiq qızı idarə etdiyi “KİA” markalı avtomobillə yol kəsişməsində hərəkətdə olan  “Nissan” markalı avtomobilə çırpılıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı işıqfor işləməyib. 

Qəza nəticəsində R.Əzizova və “Nissan”ın sürücüsü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.