Yol qəzasında FACİƏLİ ŞƏKİLDƏ ölən tələbələrin adları məlum oldu

Gəncədə yol qəzasında ölən gənclərin adları məlun olub.

APA -nın yerli bürosnun məlumatına görə onlarr - 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğludur.
Qeydə edək ki, qəzada ölənlərin hər ikisi Azərbaycan dövlət Aqrar Unverstetinin tələbələridi.
Faktla bağlı araşdırma aparılır.

02:40

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “Lada Priora” markalı minik maşını toqquşub. Zərbənin gücündən sonuncu avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində “Lada Priora”da olan iki sərnişin ölüb. bir nəfər xəsarət alıb. İlkin məlumata görə, dünyasını dəyişənlər tələbə olub.
DYP əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.