Qazax-Bakı yolunda qəza: “Vito” “Jiquli”yə çırpıldı

Bu gün günorta saatlarında Qazax-Bakı magistralında yol-nəqliyyat hadisəsi baş verib. 

Bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. 

Məlumata görə, hadisə zamanı “Mercedes Vito” markalı avtomobil “VAZ 2106”ya çırpılıb. 

Qəza nəticəsində xəsarət alan olmayıb.