Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Güləliyev Oktay Əligüşay oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl xəstəxanaların birinə aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.