Abşeron rayonunda xuliqanlıq zəmnində 1 nəfər döyülərək ağır xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib.
Yanacaq doldurma məntəqəsinin yaxınlığında 1990-cı il təvəllüdlü Hüseynov Nicat Nüsrət oğlu 2 nəfər tərəfindən döyülüb.
Belə ki, əvvəlcə 1 nəfər N.Hüseynovla mübahisə edərək pulunu almağa çalışıb. Digər şəxs arxadan ona yaxınlaşaraq şüşə butulka ilə başına zərbə endirib.
Daha sonra həmin şəxslər N.Hüseynovun pulunu götürərək ərazidən qaçıblar.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona başın təpə nahiyəsinin kəsilmiş yarası, qapalı kəllə-beyin travması, müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.