Zaqatalada bədbəxt hadisə baş verib.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində qeydə alınıb.
Balakən rayonu, Katex kənd sakini Natiq Osmanov Mazıx kənd sakininin həyətində ağcdan xurma yığarkən yıxılıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.