Ağstafada iki nəfər güllələndi: Biri əmisidi (YENİLƏNİB)

Ağstafa rayonunda iki nəfəri güllələyən şəxs saxlanılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ov tüfəngi ilə törədilib. Güllələyən şəxs Sərxan Məmmədov polis tərəfindən axtarılır.

Qeyd edək ki, S.Məmmədov yaralı Məmmədov Qabil Ələsgər oğlunun qardaşı oğludur. Fakt araşdırılır.


14:59

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. 

Kənd sakinləri - 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yusif Əsgər oğlu güllə yarası alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.