Yeni Ramana yolunda - Pedaqoji kollecin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb:
"6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 nəfər qadın isə şəxsi avtomobil ilə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətləri orta ağır kimi qiymətləndirilir".