Minik avtomobili yük maşını ilə toqquşdu: Ölən və yaralanan var

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA -nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Goranboy şəhəri ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Faktıa bağlı araşdırma aparılır.