Goranboyda döyülmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Həmənli kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Verdiyev Nuru oğlu kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan bildilib ki, M.Verdiyevin vəziyyəti kafidir. Döyülən şəxsin sözlərinə görə, o, Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı tərəfindən su üstüdə aralarında yaranan mübahisə zamanı döyülüb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.