İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri İbrahim Elcarkiyev və daha bir şəxs Moskvada öldürülüb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Akademik Anoxin küçəsində qeydə alınıb.
Naməlum şəxs tapança ilə 2 nəfəri vurub. Silahlı insident zamanı qətlə yetirilən digər şəxsin isə İbrahim Elcarkiyevin qardaşı olduğu dəqiqləşdirilib.
Silahlı hücum “Lada Granta” markalı avtomobildə olan naməlum şəxslər tərəfindən həyata keçirilib.