Bakıda soyğunçuluq qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə Nizami rayonu, 2-ci köndələn küçəsi 23-də baş verib.
Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü İbadova Sinəxanım Ələmdar qızı evinin qarət olunması ilə bağlı polisə müraciət edib.
O bildirib ki, naməlum şəxs onun mənzilinə girərək, itələyib, iki ədəd mobil telefon və planşet olan çantanı götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.