Bakı şəhəri Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində qadına təcavüz etməkdə ittiham olunan kişini saxlayıblar.
Bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinsi təcavüzə məruz qalan şəxs 1971-ci il təvəllüdlü E.M.-dir
Zərərçəkən verdiyi açıqlamada tanışı, 1979-cı il təvəllüdlü Mingəçevir sakini İ.İbrahimov tərəfindən kirayədə yaşadığı mənzildə cinsi təcavüzə məruz qaldığını bildirib.
Qadın hadisənin 22 noyabrda baş verdiyinin söyləyib. Təcavüzü həyata keçirən kişi hadisədən öncə qadını ölümlə hədələyib.
Faktla bağlı istintaq işi davam edir.