Bakıda dəhşətli qəza: “Mercedes” yolda altı dəfə fırlandı - VİDEO

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib. 

Tuneldən çıxan “Mercedes” markalı avtomobil idarəetməni itirərək, əvvəlcə yolun sağ zolağındakı avtomobilə çırpılıb. Ardınca isə altı dəfə fırlanaraq əks istiqamətə düşüb. 

Hadisə nəticəsində sürücü xəsarət alıb. Avtomobilin ön hissəsi isə yararsız hala düşüb.