Ölkələr arasında diplomatik kriz yaradan TƏCAVÜZ OLAYI: 12 gənc oğlan turist qızı... - FOTOLAR

Cənubi Kiprin məşhur əyləncə mərkəzi Ayia Napada 12 israilli turistin təcavüzünə məruz qaldığını iddia edən 19 yaşındakı ingilis qızın “yalan ifadə” və “şər atma” maddələri ilə mühakimə edildiyi məhkəmə başa çatıb. 

Sherg.az xarici mediaya istinadən bildirir ki, israilli 12 gəncin təcavüzünə məruz qaldığını iddia edən, daha sonra iddiasından geri duran qızın özü məhkəməyə çəkilib. Ona “yalan ifadə” verdiyinə görə 1 illik həbs cəzası istənilib. 

19 yaşındakı ingilis turist Cənubi Kiprdə olduğu zaman polisə müraciət edib ki, bir əyləncə mərkəzində 12 İsrail əsilli gəncin təcavüzünə uğrayıb. 

Onun iddiasına görə, hərbi xidmətə getmələri ilə bağlı yeyib-içmək kampaniyası təşkil etmək üçün 12 nəfərlik israilli gəncdən ibarət qrup Ayia Napa əyləncə mərkəzinə gəliblər. Bu zaman məkanda İngiltərədən olan turist qızla tanış olublar. Bundan sonra turist qız ilə 12 gənc yaxınlıqdakı otelə gəliblər. Oteldə gənclərlə cinsi əlaqədə olan qız səhərisi polisə müraciət edərək kütləvi zorlamaya məruz qaldığını bildirib, şikayət edib. 



İngilis qız polisə ifadəsində deyib ki, gənclərdən bəzilərini tanıyırmış: 

“Amma otel otağına getdiyimdə hamısı sərxoş idi. Gecə saat 1-dən sonra olanları xatırlamıraş. Tanımadığım bir neçə kişi mənə təcavüz etdi. Ən az 12 üz gördüyümü xatırlayıram. Bədənimə zərər verdilər, bir müddətdən sonra “özümdən getdim”. Daha sonra məni sərbəst buraxdılar. Ordan qaçaraq rəfiqələrimin yanına getdim, məni yarıçılpaq şəkildə xəstəxanaya apardılar”. 

Qızın rəfiqələrindən biri İngiltərə mediasına bunları demişdi: 

“Rəfiqəmizi tapdığımızda göz yaşları içərisində idi. Gənclərdən biri ilə cinsi əlaqədə olmağı özünün istədiyini, digərlərinin bir anda üzərinə atıldıqlarını söylədi. Onu sıxışdıraraq növbə ilə zorlamışdılar. Bədəni yaralar içində idi”. 



Qızın başqa bir rəfiqəsi isə bunları deyib:

“Rəfiqəmizi gördüyümüzdə, çox pis vəziyyətdə idi. Bəzi paltarlarını geyinməyə çalışırdı”.

Hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan 12 israilli turist məhkəmə önünə çıxarılmışdı. İsrail hökuməti olayı yaxından izləyirdi. 

Bəziləri 18 yaşdan da az olan oğlanların heç biri günahları olduğunu qəbul etməmişdilər. 

İngilis mətbuatı isə otel otağında kütləvi zorlamanın oğlanlar tərəfindən telefonla çəkildiyini yazmışdı. Həmin videogörüntülərdə gülüşm səsləri diqqət çəkirdi. 

Olayla bağlı geniş araşdırma aparan polis, əldə olan dəlilləri gənc turist qızın qarşısına qoyduğunda şok edici cavab almışdı. Belə ki, qız gənclərin təcavüzünə uğramadığını, öz istəyi ilə cinsi əlaqədə olduğunu etiraf etmişdi. 



O, bildirmişdi ki, İsrail əsilli gənclər qızı otaqlarına dəvət ediblər: 

“Onlarla birlikdə cinsi əlaqədə olan zaman bəziləri video çəkməyə başladı. Buna əsəbiləşdim, hirsimdən polisə gedərək zorlandığımı dedim.

“Reuters” agentliyinə danışan polis rəisi “Pambos Napa Rocks Hotel”də baş verənlərlə bağlı bunları demişdi:  “Burada zorlama olmayıb”.
 
Qeyd edək ki, hadisə İngiltərə ilə İsrail arasında diplomatik krizə səbəb olmuşdu. Qız yalan ifadə verdiyinə görə bir illik həbs cəzası istənilib. Qızın məhkəməsində isə başqa çəsələlər ortaya çıxıb.  Belə ki, məhkəmədə israilli oğlanların öz aralarındakı mesajlaşmalar məhkəmə heyətinə təqdim edilib. 

Mesajlarda gənclərin 19 yaşındakı qızla qrup halında cinsi əlaqəyə girməyi, ona pis və aqressiv davranmağı planladıqları ortaya çıxıb. 

Məhkəmədə gənclərin bir-birləriylə olan danışıqları, səsli mesajları da dinlənilib: “Onu bu gecə pis döyəcəyik” şəklindəki mesajlar məhkəmə salonunda şok effekt yaradıb. 



Səs yazıları dinlənərkən, ingilis qız kriz keçirib.Hakim Mikalis Papathansidu, göz yaşlarını saxlaya bilməyən qızdan sakit olmasını, yerində oturmasını tələb edib. 

Məhkəməyə anası və iki rəfiqəsi ilə gələn qıza yanında oturan tərcüməçisi təsəlli verib.

Bu gün keçirilən məhkəmə prosesində ingiliz turist 6 ay əvvəl yaşanan zorlama hadisəsi ilə bağlı yalan ifadə verdiyinə görə ittiham olunub.  Ona yenidən məhkəmə qurulacaq.