Göygöl rayonunda qətl hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nadel kəndində baş verib.
1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib.
İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.
Hadisə yerinə Göygöl Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Qətli törədən Yaşar Bayramov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.