Göygöl rayonunun Nadil kəndində ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 kvadratmetr sahədə, dam örtüyü və evin yaxınlığında 100 p.m çəpər yanıb.
FHN-dən verilən məlumata görə, xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, bu gün Göygöl rayonunun Nadil kəndində 1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib. İlkin məlumata əsasən, ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə də 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə qətlə yetirib.
Əldə etdiyimiz məlumata əsasən, qətli törədən Yaşar Bayramovgünbu gün səhər saatlarında Bakıda saxlanılıb.
Barəsində Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.