Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.
Qafqazinfo-nun xəbərinə görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.
T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araçdırma aparılır.