Şəkidə 18 yaşlı qız kimyəvi məhluldan zəhərlənib


Şəkidə zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, Sarabski küçəsi, ev 42 ünvanında yaşayan 2002-ci il təvəllüdlü Nəhayət Ruslan qızı Babayeva zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 

Müayinə zamanı 18 yaşlı N.Babayevanın xlor məhlulundan zəhərləndiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.