İstanbulun Bağçılar rayonu ərazisində 7 il əvvəl 2 nəfərin həyatını itirdiyi iş yerində yenə yanğın baş verib. Xilasetmə qrupları yanğını böyümədən nəzarət altına alaraq söndürüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə hələ məlum olmayan səbəbə görə, Bağçılar - Barbaros məhəlləsi 173 küçəsindəki xalça emalatxanasında yaşanıb. İş yerindən çıxan tüstüləri görənlər dərhal xilasetməyə xəbər veriblər. Hadisə yerinə gələn qruplar alovu söndürmək üçün iş yerinin şüşələrini qırıblar. Müəyyən vaxtdan sonra yanğın söndürülüb.
Eyni iş yerində bir neçə il əvvəl də yanğın baş vermişdi . Həmin zaman içəridə qapalı qalan iki işçi həyatını itirmişdi.
Turan