Şamaxı rayonunda üç nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BakuTV-nin xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrində, rayonun Meysəri kəndi yaxınlığında baş verib.
İsmayıllı rayon sakini Şöhrət Mikayılovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan, Bakı şəhər sakini Tofiq İbrahimovun idarə etdiyi “Toyota”ya çırpılıb. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.
Avtomobillərdə olan sərnişinlər, Bakı şəhər sakini İbrahimova Nəzrin Qalıb qızı, Qəbələ rayon sakini Mənsimova Sevinc Xanverdi qızı və bir azyaşlı uşaq - Abdulov Rəsul Elxan oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Hər üç şəxs Şamaxı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən şəxslərin vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.