Bakının Suraxanı rayonunun Bülbülə kənd sakini yanvarın 29-da baş verən münaqişə nəticəsində ciddi bədən xəsarəti alıb.
Bu barədə Oxu.Az-a rayon Polis Şöbəsindən məlumat daxil olub.
Saat 21:00 radələrində Bəydəmirov küçəsində 37 yaşlı Nəcəfov Vüqar Rafiq oğlunun kürəyinə üç bıçaq zərbəsi vurulub.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
31-ci Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdiriblər.
Onun zərərçəkənin dostu olduğu məlum olub. Hələ tutulmadığı üçün həmin şəxsin adı açıqlanmır.
Faktla bağlı araşdırma davam edir.