Goranboyda 6 yaşlı oğlanı maşın vurub


Goranboyda 6 yaşlı oğlanı maşın vurub öldürüb. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Goranboy şəhəri ərazisində baş verib.  

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Ayaz Salehovu vurub.  

Sürücü dərhal azyaşlını xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.  

Faktla bağlı araşdırma aparılır.