“Çin vətəndaşı Kliniki Tibbi Mərkəzdə (KTM) karantinə alınıb”.
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, 22-23 yaşlı çinli oğlan Bakı Dövlət Universitetinin tələbəsidir və bu yaxınlarda Çindən Azərbaycana gəlib:
“Koronavirus təhlükəsi ehtimal olunmur. Sadəcə olaraq, Çindən gəldiyi üçün 14 gün müddətində təhlükəsizlik səbəbilə karantində saxlanılacaq”.
C.İsayev qeyd edib ki, müayinənin nəticələrindən asılı olaraq qərar qəbul olunacaq.