Daha bir mikroavtobus qəzası: Ölən və yaralananlar var

Gədəbəydə mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.

APA-nın məlumatına görə, hadisə zamanı yeddi nəfər xəsarət alıb.

Qeyd edək ki, Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub. Hadisə Slavyanka kəndində qeydə alınıb. “Qazel” markalı mikroavtobusla “VAZ 2106” markalı minik maşını toqquşub. 

Nəticədə, hər iki avtomobildə olan şəxslərdən bir neçəsi xəsarət alıb.

Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.