Xırdalanda mikroavtobus yanıb


Abşeron rayonunun Xırdalan şəhərində "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı mağazanın şüşəsi sınıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.