Almaniyada koronavirus ilə yoluxma hallarının sayı 8-ə çatıb, virus Bavariya sakinində tapılıb.
Trend-in məlumatına görə, xəstələnənlərin hamısı Bavariyada yaşayır və orada yerləşən "Webasto" şirkəti ilə əlaqəlidirlər. Yoluxanların arasında şirkət işçilərindən birinin uşağı da var.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 304 nəfərə çatıb, 14 mindən artıq insan isə yoluxub.
Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.