Mirzə Xəzər vəfat etdi



“Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının sabiq direktoru Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib.

Lent.az bildirir ki, bu barədə sosial şəbəkədə xəbər verilib.

Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayırdı.

Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990-cı il yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zaman canlı yayımda "Azadlıq" radiosunun efirindən baş verənlər barədə məlumatı çatdırması və bu hadisələri Rusiyanın Azərbaycanı istilası adlandırması olub.

Allah rəhmət eləsin!