Sumqayıtda əcnəbi vətəndaş dəm qazından boğulub


Sumqayıt şəhərində əcnəbi vətəndaş yaşadığı mənzildə ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb. 

İki həftə bundan öncə Sumqayıta gələn Hindistan vətəndaşı 1995-ci il təvəllüdlü Ranjit Surjit Kumar oglu kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq olub.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.