Bakıda meyit tapılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Rayon sakinlərini küçədə ağacdan asılmış kişi meyiti aşkar ediblər. Dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Kürdəmir rayon sakini, 1976-cı il təvəllüdlü Bədəlov Elxan Telman oğlu olması müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.