Türkiyənin İzmir şəhərində suriyalı hamilə qadın və azyaşlı oğlu qətlə yetirilib.
DHA-nın xəbərinə görə, Menemen rayonunda baş verən hadisə zamanı beş aylıq hamilə olan 35 yaşlı Manar Alahmed və beş yaşlı oğlu Məhəmməd C. yaşadıqları evdə ölü tapılıblar.
Qonşular hadisədən ailənin iki yaşlı uşağının ağlamaq səsini eşidəndən sonra xəbər tutublar.
Qadının altı bıçaq zərbəsi vurularaq, uşağın isə boğularaq öldürüldüyü məlum olub.
Hadisə baş verən zaman ailə başçısı Manar Alahmed işdə olub.
Faktla bağlı üç nəfər nəzarətə götürülüb, araşdırma aparılır.