Türkiyədə qəzaya uğrayan təyyarədə bir Azərbaycan vətəndaşı da var.
Bu barədə Modern.az-a Türkiyədəki özəl mənbədən məlumat verilib. Hazırda həmin şəxsin kimliyini öyrənməyə çalışırıq.
Qeyd edək ki, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava yollarına məxsus "Boeing 737-800" tipi sərnişin təyyarəsinin sərt eniş etməsindən sonra zolaqdan çıxıb. Qəzadan sonra 52 sərnişin yaxınlıqdakı xəstəxanalara çatdırılıb.