Gəncədə süpürgəçini maşın vurub öldürüb


Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Passat Tuareg” markalı minik maşını yolu süpürən Məmmədova Elminaz Yusif qızını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Hazırda piyadanın  kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.