Bakıda yağışlı hava qəzalara səbəb oldu

Yağışlı hava Bakıda yol-nəqliyyat hadisələrinə səbəb olub.

Oxu.Az xəbər verir ki, hadisələrin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Heydər Əliyev prospektində iki maşının toqquşması nəticəsində qeydə alınan qəza tıxaca səbəb olub. 

Bakının digər ərazisində isə zəncirvari qəza baş verib. Hadisə nəticəsində bir neçə avtomobil toqquşub.  

Hər iki qəza zamanı yaralananların olub-olmadığına dair hələlik məlumat yoxdur.