Bakıda qopan dam örtüyü bir nəfərə xəsarət yetirib

Bakının Xəzər rayonunun sakini xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Bəylərov Nadir Sabir oğlu küçədə hərəkətdə olan zaman dam örtüyünün bir hissəsi qoparaq onun ayağına dəyib.

Xəsarət alan N. Bəylərov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.