Şəmkirdə avtomobil qarda batdı

Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində avtomobil qarlı havada yolda batıb. 

Oxu.Az xəbər verir ki, hadisə zamanı biri azyaşlı olmaqla, beş nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalıb. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. 

Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.