Fevralın 17-də Bakının Xəzər rayonunda bir qadın asetondan zəhərlənib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Şağan kənd sakini Tahirə Məmmədova (1955-ci il təvəllüdlü) aseton içib. O, Toksikoloji Mərkəzdə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.
T.Məmmədovanın psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.
Hadisənin intihar cəhdi olub-olmadığı hələ müəyyənləşdirilməyib.
Faktla bağlı istintaq davam edir.