Bu gün Bakı-Quba yolunda avtomobilin vurduğu qadın xəstəxanada dünyasını dəyişib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mükün olmayıb.
Qeyd edək ki, Bu gün Bakı-Quba yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Şabranın Ağalıq kəndi ərazisində baş verib.
1942-ci il təvəllüdlü Səkinə Musayeva Hilal qızını maşın vurub. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.