Bakıda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Qəhrəmanova Aytəkin Ədalət qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona döş qəfəsinin və belin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.