Putindən prezidentlik müddətinin ləğv edilməsinə MÜNASİBƏT

Rusiya Prezidenti Vladimir Putin konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlıq qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.
Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V. Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib: “Bizə alternativsiz seçki lazım deyil. Seçkilər açıq və rəqabətli olmalıdır”.