Yük maşını qadını vurub öldürdü

Goranboyda yük maşını piyadanı vuraraq öldürüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran qəsəbəsində baş verib.
Yolu keçmək istərkən yük maşını tərəfindən vurulan qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Onun kimliyi dıqiqləşdirilir. İlkin məlumata görə, təxminən 25-27 yaşlarında olan qadın Tərtər rayon sakinidir. Goran qəsəbəsində kafedə çalışırmış. Bir azyaşlı uşaq anasıdır.
Faktla bağlı araşdırma aparılır.