Bakıda daha bir qəza - iki avtomobil toqquşdu


Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “KİA” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “KİA” idarəetməni itirərək yolun kənarındakı səddə çırpılıb. Hadisə yerinə Dövlət Yol Patrul Xidməti əməkdaşları cəlb olunublar.